Bazar, 19 May

Bakıda polkovnik maşını “Kalaşnikov”la atəşə tutdu: Avtomobili tanışı sürürmüş - YENİLƏNİB\ FOTO

image

Daxili İşlər Nazirliyi Sabunçu rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan AKMS markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. 

Araşdırma aparılır.

11:10

Bakıda avtomat silahdan avtomobilə atəş açılıb.

Əldə etdiyimiz məlumata görə, hadisə dünən axşam saatlarında Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, keçmiş polis rəisi, təqaüddə olan polis polkovniki Rza Hacıyev tanışı, Bakı şəhər sakini Şirzad Quliyevin sürdüyü “Lexus” markalı avtomobilə əlindəki “Kalaşnikov” avtomatı ilə dəfələrlə atəş açıb. Nəticədə xəsarət alan olmasa da, avtomobil güllələrlə deşilib. R.Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41